29
İran ABŞ-la vasitəçilər üzərindən mesaj mübadiləsini davam etdirir. Danışıqların əsasını Tehranın daha əvvəl təklif etdiyi və hazırda detalları dəqiqləşdirilən yeddi günlük plan təşkil edir.
Ucnoqta.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, danışıqlar davam etsə də, müzakirə olunan məsələlər kifayət qədər mürəkkəbdir. ABŞ-ın son addımları və zaman amili vəziyyəti daha da çətinləşdirib.
Bəqayi qeyd edib ki, İran və ABŞ arasında vasitəçilər vasitəsilə aparılan bütün danışıqlar və məsləhətləşmələr üçün əsas Tehranın təklif etdiyi yeddi günlük plandır. Hazırda detalları dəqiqləşdirilən planın tam icrası iki gün ərzində mümkün ola bilər.
