18
Bolqarıstan Qara dənizdəki təhdidlərə qarşı mübarizə üçün Avropa İttifaqından əlavə 2 milyard avro vəsait istəyib.
Ucnoqta.az xəbər verir ki, “Rapporteur” portalının məlumatına görə, tələb Aİ-nin 2028-2034-cü illəri əhatə edən büdcə planı çərçivəsində hərbi xərclərin müzakirəsi zamanı səsləndirilib.
Nümayəndə heyətinin rəhbəri Yaçek Protas Şərqi Avropa ölkələrinə, o cümlədən Bolqarıstana hərbi xərclər üçün 10 faiz daha çox maliyyə ayrılacağını bildirib. Bu, bütün Aİ ölkələrinin büdcə layihəsini dəstəkləməsi şərti ilə mümkün olacaq.
