120
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin İstanbul şəhərinə səfər edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, səfər çərçivəsində Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Tərəflər təhlükəsizliyin gücləndirilməsi, ölkələr arasında tərəfdaşlığın inkişafı və diplomatik perspektivləri müzakirə edəcəklər. Xüsusilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsinə diqqət yetiriləcək.
Bundan əlavə, Ukrayna Prezidentinin Ümumdünya Pravoslav Kilsəsinin Patriarxı I Varfolomeylə də görüşü nəzərdə tutulub.
