16
Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı və qəza nəticəsində həyatını itirənlərin şəxsiyyəti məlum olub.
Ucnoqta.az xəbər verir ki, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil qoşqulu yük avtomobilinə toxunaraq idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
