22
Yaponiyanın Hokkaydo adasında ayı ilə toqquşan sərnişin qatarının ilk vaqonu relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə JR Hokkaido dəmir yolu şirkəti məlumat yayıb.
Hadisə Asahikava və Vakkanay şəhərləri arasındakı dəmir yolu xəttində baş verib. Qəza nəticəsində xəsarət alan olmayıb. Lakin maşinist ayının yalnız yaralanmış ola biləcəyindən və təhlükə yarada biləcəyindən ehtiyatlandığı üçün sərnişinlər oktyabrın 30-dan 31-nə keçən gecəni qatarda keçirməli olublar.
Qəza səbəbindən dəmir yolu xəttində hərəkət dayandırılıb.
