49
Ötən gün Milli Məclisin plenar iclasında deputat Aqil Abbasın Ağdamda mənzillə təmin olunmaması ilə bağlı çıxışı və parlamentin spikeri Sahibə Qafarovanın ona sərt cavabı ictimai müzakirələrə səbəb olub. Hadisəyə münasibət bildirən tanınmış jurnalist və yazıçı Rəşad Məcid də sosial şəbəkədə paylaşım edib.
Ucnoqta.az xəbər verir ki, o, Aqil Abbasın Ağdam qarşısındakı xidmətlərini xatırladaraq yazıb:
“Bütün ömrünü Ağdamın təbliğinə həsr edən, Ağdam haqqında ən gözəl bədii əsərlərin, ən təsirli bədii filmin müəllifinə, Ağdamı küçə-küçə, adam-adam öz hekayələrinə köçürüb yaşadan, Ağdam deyəndə dodağı çat-çat olan, adına Ağdamda küçə və büst qoyulmasını sağlığında haqq etmiş adama elə cavab verməzlər”.
