26
İtaliyada kütləvi etiraz aksiyaları ölkənin bir sıra şəhərlərində iğtişaşlarla müşayiət olunub. Polis bəzi şəhərlərdə nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
Cümə günü ölkə üzrə eyni vaxtda müharibə əleyhinə yürüşlər və qiymət artımına qarşı etiraz aksiyaları keçirilib.
“Il Fatto Quotidiano” qəzetinin məlumatına əsasən, paytaxt Romada etirazçılar İnfrastruktur və Nəqliyyat Nazirliyinin binası qarşısındakı meydanda məşəllər yandırıblar. Milanda dairəvi avtomobil yolu bağlanıb və orada da pirotexniki vasitələrdən istifadə olunub.
Turində isə fermerlər etiraz əlaməti olaraq yerli administrasiya binasının qarşısına peyin töküblər.
