34
İran ABŞ ilə danışıqlarda irəliləyişə nail olunmasını Tehranın irəli sürdüyü yeddi şərtin razılaşdırılması ilə əlaqələndirib.
Ucnoqta.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf “X” sosial şəbəkəsində yazıb.
“İranın şərtləri vasitəçilərə dəfələrlə və açıq şəkildə çatdırılıb. İrana qarşı təzyiq və güzəşt siyasəti işləmir. İrəliləyiş yalnız İranın yeddi şərti razılaşdırıldıqdan sonra əldə edilə bilər”, – deyə o bildirib.
Qalibaf şərtlərin nədən ibarət olduğunu açıqlamayıb.
