20
Almaniyanın Bremerhaven limanında “Mein Schiff 3” kruiz gəmisinin iki konteyner gəmisinə çırpılması nəticəsində milyonlarla avro zərər dəyib. Gəmi təmirə göndəriləcək.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də gəmi limandan çıxarkən baş verib. Güclü külək səbəbindən idarəetməni itirən kruiz gəmisi limanda dayanmış iki konteyner gəmisinə çırpılıb.
Hadisə nəticəsində gəminin Kanar adalarına planlaşdırılan çoxhəftəlik səfəri ləğv edilib. “TUI Cruises” şirkəti sərnişinlərə səfərin dəyərinin tam qaytarılacağını bildirib.
Təmir işlərinin həcmi və müddəti müəyyənləşdirildikdən sonra növbəti səfərlərin qrafiki gələn həftənin əvvəlində açıqlanacaq.
