25
Bosniya və Herseqovinada Avropa İttifaqının EUFOR kontingentinə məxsus CH-47 Chinook helikopterinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 4-ə çatıb, 11 hərbçi xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Dnevni avaz” qəzeti məlumat yayıb.
Qəza daha əvvəl İtaliyaya məxsus EUFOR helikopterinin Brçko şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində baş verib. İlkin məlumatda 3 nəfərin öldüyü bildirilirdi. Hadisənin səbəbləri araşdırılır.
