24
Səudiyyə Ərəbistanı çempionatının XII turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Xolud”u 5:3 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, qalib komandanın heyətində Qabriel Anjelo (24-cü dəqiqə), Sadio Mane (38) və Kriştianu Ronaldu (66, 72, 81) fərqləniblər. Ronaldu het-trik edərək karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.
“Əl-Xolud”un heyətində isə Jülyen Dominges (16, 90+4) və Loik Essomba (45+2) qol vurublar.
