52
“France Football” jurnalının 2025/2026 mövsümündə kişi və qadın futbolunun ən yaxşı oyunçularını müəyyənləşdirəcəyi “Qızıl top” mükafatının təqdimetmə mərasimi 30 dəqiqə təxirə salınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Movistar” portalı məlumat yayıb.
Gecikməyə Londonda yaranan tıxaclar səbəb olub. Mərasimin əvvəlcə Bakı vaxtı ilə saat 00:00-da başlaması planlaşdırılırdı.
Qeyd edək ki, mərasim ilk dəfə Londonda keçirilir. Tədbirdə, həmçinin ötən mövsümün ən yaxşı gənc futbolçuları, baş məşqçiləri, qapıçıları və klubları müəyyənləşdiriləcək.
