41
Türkiyənin Antalya vilayətinin Kumluca rayonunda mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində azı 15 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, alpinistlərdən ibarət qrupu daşıyan mikroavtobusun sürücüsü hələlik məlum olmayan səbəbdən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə yerinə jandarm, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Xəsarət alanlar Kumluca və Finike şəhərlərindəki xəstəxanalara çatdırılıblar.
Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
