35
İtaliya sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə olub.
Bundan sonra seysmoloqlar 2,9–3,2 maqnitudalı azı beş afterşok qeydə alıblar.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
