38
Rusiyanın Krasnoyarsk diyarında ayının hücumu nəticəsində müəssisənin gözətçisi həyatını itirib.
Ucnoqta.az xəbər verir ki, hadisə Boquçanı rayonunda, Boquçanı kəndindən bir neçə kilometr aralıda yerləşən istehsalat bazasında baş verib.
Rayonun Vahid Növbətçi Dispetçer Xidmətinin məlumatına görə, ayı gecə saatlarında gözətçiyə hücum edib. Nəticədə kişi hadisə yerində ölüb.
Məlumata əsasən, hücumdan sonra ayı öldürülüb.
