32
Çilidə uçuş zamanı sərnişin təyyarəsini ildırım vurub. Hadisə sərnişinlərdən biri tərəfindən təsadüfən videoya çəkilib.
Ucnoqta.az xəbər verir ki, Antofaqastadan Santyaqoya uçan təyyarəyə ildırım dəyən zaman salonda güclü işıq parıltısı yaranıb və gurultulu səs eşidilib. Sərnişinlər hadisəyə əsəbi gülüşlə reaksiya veriblər.
Təyyarələr ildırım vurmasının təsirlərinə tab gətirəcək şəkildə layihələndirildiyindən insident nəticəsində xəsarət alan olmayıb. Təyyarə Santyaqo hava limanına normal eniş edib.
