31
Bakıda yetkinlik yaşına çatmayan şəxsə qarşı hüquqazidd hərəkətlər törətməkdə şübhəli bilinən taksi sürücüsü saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda hadisə ilə bağlı istintaq hərəkətləri davam etdirilir
Qeyd edək ki, Bakıda 16 yaşlı məktəbli oğlan manatlıq taksidə sürücü tərəfindən seksual xarakterli təzyiqə məruz qaldığını bildirib.
Belə ki, 11-ci sinif şagirdi dərsdən qayıdarkən metronun “Koroğlu” stansiyasından Buzovna qəsəbəsinin “Albalılıq” massivinə gedən manatlıq taksiyə minib. İddia olunur ki, avtomobildə tək qaldığı zaman sürücü onunla əxlaqsız söhbətlər edib və seksual xarakterli fiziki təzyiq göstərib.///oxu
