32
Fransa Hərbi Hava Qüvvələrinə məxsus Mirage 2000D qırıcı təyyarəsi çərşənbə axşamı axşam saatlarında ölkənin şimal-şərqində, Mert və Mozel departamentindəki Nansi şəhəri yaxınlığında qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, Franceinfo radiostansiyasının məlumatına görə, hadisə yerində ekipaj üzvlərindən birinin qalıqları aşkarlanıb, ikinci ekipaj üzvünün axtarışları isə davam edir.
Hadisə yerində helikopterlərin, yanğınsöndürənlərin, jandarmeriya əməkdaşlarının və hərbi mütəxəssislərin iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.
Yerli sakinlər hadisə zamanı güclü partlayış səsi eşitdiklərini və səmada parıltı gördüklərini bildiriblər.
