34
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə danışıqlarda İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa olunmasını israrla tələb edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu başladılan işi başa çatdırmağın vacibliyini vurğulayaraq hərbi əməliyyatların yenidən başlanmasını istəyir.
Bununla belə, ABŞ Prezidenti Donald Tramp İsrail tərəfinə bildirib ki, Vaşinqton noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərədək gərginliyi artıracaq addımlar atmayacaq.
Qəzetin mənbələrinin bildirdiyinə görə, İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı müzakirələr Tehranı güzəştlərə getməyə məcbur etmək məqsədilə təzyiq vasitəsi də ola bilər.
