38
Albaniyanın paytaxtı Tiranada baş nazir Edi Ramanın iqamətgahına daxil olmağa cəhd edən etirazçılarla polis arasında toqquşmalar baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ATA agentliyi məlumat yayıb.
Məlumata görə, etirazçılar polis əməkdaşlarına daş və yandırıcı qarışıqlı butulkalar atıblar. Asayiş keşikçiləri isə nümayişçiləri baş nazirin iqamətgahından uzaqlaşdırmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.
Tiranada iğtişaşlar artıq səkkizinci gündür davam edir. Etirazlar oktyabrın 13-də Albaniyanın Təhsil Nazirliyinin binası qarşısında keçirilən tələbə aksiyası ilə başlayıb. Nümayişçilər baş nazir Edi Ramanın istefasını tələb edirlər.
