ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətlərdə yaranan gərginliyə görə Kiyevə hava hücumundan müdafiə sistemləri üçün silah tədarükünü tamamilə dayandıra bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, NATO nümayəndələri Vaşinqtonla münasibətlərdə gərginliyin azaldılması üçün Kiyevə çağırış edirlər. Əks halda, əsasən Avropa ölkələrinin maliyyələşdirdiyi PURL proqramı çərçivəsində ABŞ silahlarının Ukraynaya tədarükü təhlükə altına düşə bilər.
Alyansda Tramp və Zelenski arasında yaranan qarşıdurmanın artıq aradan qaldırılmasının çətinləşə biləcəyindən narahatlıq keçirirlər. Agentliyin məlumatına görə, belə bir vəziyyət Ukraynanı müharibənin başa çatması üçün ağır şərtlərlə razılaşmağa məcbur edə bilər.
