37
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda 2 milyon bareldən çox neft daşıyan supertankerin dəniz minasına düşdüyünü və gəmidə yanğın baş verdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb. Məlumat “Tasnim” agentliyində dərc olunub.
SEPAH-ın bəyanatında bildirilir ki, tanker radar və naviqasiya sistemlərini söndürərək hərbi dəniz qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayıb və boğazdan icazə verilməyən cənub marşrutu ilə çıxmağa cəhd edib.
Bəyanatda gəminin adı açıqlanmayıb.
