Rusiyanın müharibə başlayandan bəri canlı qüvvə itkiləri 1 milyon 568 min 720 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ötən sutka ərzində Rusiya ordusunun 1 560 hərbçisi zərərsizləşdirilib.
Bildirilib ki, Rusiya ordusu ötən sutka ərzində 9 tank, 5 zirehli döyüş maşını, 42 artilleriya sistemi, 3 reaktiv yaylım atəşi sistemi və 1 578 operativ-taktiki pilotsuz uçuş aparatı itirib.
Ukrayna tərəfinin məlumatına görə, müharibə başlayandan bəri Rusiya ordusunun ümumi itkiləri aşağıdakı kimidir:
Tanklar: 12 425
Zirehli döyüş maşınları: 25 570
Artilleriya sistemləri: 51 359
Reaktiv yaylım atəşi sistemləri: 2 227
Hava hücumundan müdafiə sistemləri: 1 714
Təyyarələr: 449
Helikopterlər: 356
Operativ-taktiki PUA-lar: 571 572
Qanadlı raketlər: 5 138
Gəmilər və katerlər: 35
Sualtı qayıqlar: 2
Avtomobillər və avtoçənlər: 164 871
Xüsusi texnika: 4 842
Yerüstü robot kompleksləri: 2 986
