32
Sakit okeanın cənub-qərbində yerləşən Vanuatu Respublikasının sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
