34
Videolarda irəli hərəkət edən avtomobilin təkərlərinin geriyə fırlanırmış kimi görünməsi kamera çəkilişinin xüsusiyyətləri ilə bağlıdır.
Ucnoqta.az xəbər verir ki, “araba təkəri effekti” adlanan bu hadisə kameranın görüntünü ayrı-ayrı kadrlarla qeydə alması nəticəsində yaranır. Təkərin milləri kadrlar arasında elə mövqe dəyişir ki, hərəkət geriyə istiqamətlənmiş və ya dayanmış kimi görünür.
Oxşar effekt helikopter pərlərinin çəkilişində də müşahidə olunur. Bəzi kameralarda görüntünün sətir-sətir qeydə alınması isə fırlanan pərlərin əyilmiş kimi görünməsinə səbəb olur.
Beləliklə, bu, avtomobilin real hərəkəti deyil, çəkiliş zamanı yaranan vizual effektdir.
