26
ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun dövründə, 1792-ci ildə buraxılmış beş sentlik sikkə hərracda təxminən 2,93 milyon dollara satılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Heritage Auctions” hərrac evi məlumat yayıb.
Oktyabrın 8-9-da keçirilən hərracda sikkə uğrunda 66 təklif verilib və satış qiyməti rekord həddə — 2,928 milyon dollara çatıb.
Hərrac evi yüksək satış qiymətini sikkənin müstəsna vəziyyəti və ABŞ tarixindəki əhəmiyyəti ilə əlaqələndirib.
