28
İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə ABŞ Prezidenti Donald Trampla İrana zərbələrin yenidən başlanması ehtimalını müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Telekanalın ABŞ mənbəsinə istinadən yaydığı məlumata görə, Vaşinqton Netanyahunun seçkilərdən əvvəl İrana hücumları bərpa etməyə hazır olmasından təsirlənib.
Qeyd edək ki, İsraildə parlament seçkiləri oktyabrın 27-nə təyin edilib.
