30
Misir Yəməndə münaqişənin kəskinləşməsi və husilərin Səudiyyə Ərəbistanının hava limanlarına hücumları fonunda Ər-Riyada lazımi dəstəyi göstərməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ati “Bloomberg TV”yə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı Misirdən hər hansı dəstək istəyərsə, bu müraciət müsbət cavablandırılacaq. O, Ər-Riyada mümkün hərbi yardım göstərilməsi ilə bağlı suala cavabında Qahirənin bu istiqamətdə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Bədr Əbdül Ati, həmçinin Misirin Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın avqust ayında Məkkədə imzaladığı regional müdafiə sazişinə qoşulmaq məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.
