85
Tacikistanda 4,5 maqnitudalı zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 14:41-də qeydə alınıb. Zəlzələnin episentri ölkənin paytaxtı Düşənbədən 35 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələ nəticəsində yaranan yeraltı təkanlar bir neçə saniyə ərzində Düşənbədə də hiss olunub.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
