39
İstanbulun Qara dəniz sahilində yük gəmisi saya oturub.
Ucnoqta.az xəbər verir ki, NTV telekanalının məlumatına görə, hadisə Çatalca rayonundakı Çilingöz çimərliyi yaxınlığında baş verib.
Əraziyə sahil mühafizəsi qüvvələri cəlb olunub, gəminin sudan çıxarılması üçün işlərə başlanılıb. Hadisənin səbəbi və gəminin kimə məxsus olduğu hələlik məlum deyil.
Xəsarət alanlar və dənizin çirklənməsi barədə məlumat yoxdur.
