28
İranın cənubunda, Sirik şəhəri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insident nəticəsində azı üç nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, xəsarət alanlar dənizdə eyni qayıqda olan balıqçılardır. İnsidentdən sonra onlar qayığı sahilə çatdıra biliblər. Sahildə balıqçılara ilkin tibbi yardım göstərilib.
Hadisənin hansı şəraitdə baş verdiyi və PUA-nın mənsubiyyəti barədə əlavə məlumat verilməyib.
