67
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülhün əldə olunduğunu, lakin bu istiqamətdə hələ bir neçə addımın atılmalı olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Mirzoyan bu barədə açıqlamasında danışıb.
“Azərbaycanla sülhümüz var, baxmayaraq ki, hələ bir neçə addım atılmalıdır”, – deyə nazir qeyd edib.
Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə də toxunub. O, Ermənistan-Türkiyə sərhədinin hələ də bağlı olduğunu, lakin prosesin əhəmiyyətli dərəcədə irəlilədiyini vurğulayıb.
“Düşünürəm ki, sabah səhər yuxudan oyanıb xəbərlərdə “Ermənistan-Türkiyə sərhədi açıldı” başlığını görməyimiz tamamilə mümkündür”, – deyə Mirzoyan əlavə edib.
