26
Türkiyənin “Halk TV” telekanalının binasında hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb.
Ucnoqta.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun məlumatına görə, telekanalın sahibi Cafer Mahiroğlu barəsində tenderlərdə qanunsuzluq, rüşvət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları üzrə araşdırma aparılır.
İstintaq çərçivəsində 11 nəfər saxlanılıb.
Binanın qarşısında çevik polis qüvvələri təhlükəsizlik tədbirləri görüblər.
