30
İran Hörmüz boğazından keçid qaydalarını pozan gəmilərin hərəkətini tamamilə dayandıracağını bəyan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran rəsmilərinə istinadən məlumat yayıb.
İran rəsmilərindən biri boğazın yaxın vaxtlarda tam bağlanacağını bildirib.
Birgə Dəniz İnformasiya Mərkəzinin (JMIC) son hesabatında Hörmüz boğazında ticarət gəmiləri üçün təhlükə səviyyəsi “ciddi” olaraq qiymətləndirilib. Bu, mərkəzin təsnifatında təhlükənin ikinci ən yüksək səviyyəsidir.
Müstəqil məlumatlara görə, son günlər boğazdan keçən ticarət gəmilərinə hücumların sayı kəskin artaraq münaqişənin başlanmasından bəri ən yüksək həddə çatıb
