30
Azərbaycan UEFA-nın ölkələr üzrə reytinqində bir pillə yüksələrək 24-cü yerə qalxıb.
Ucnoqta.az xəbər verir ki, buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Sabah”ın Çexiya təmsilçisi “Slaviya” üzərində 2:0 hesablı qələbə qazanması səbəb olub.
Bu nəticə Azərbaycanın reytinq xallarına 0,500 əmsal əlavə edib. Beləliklə, ölkəmizin ümumi göstəricisi 24,187-yə çatıb.
Reytinq cədvəlində Azərbaycanı 24,125 xalla İsrail izləyir. Ukrayna isə 24,337 xalla 23-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, UEFA reytinqinə 104,019 xalla İngiltərə başçılıq edir.
