31
“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior İspaniya çempionatının VIII turunda “Vilyarreal”la matçda meydandan qovulmasına görə komandasından və azarkeşlərindən üzr istəyib.
Ucnoqta.az xəbər verir ki, futbolçu bununla bağlı “Instagram” səhifəsində paylaşım edib.
“Sevinc davam edir. Komandamdan və azarkeşlərdən üzr istəyirəm”, – deyə Vinisius yazıb.
Qeyd edək ki, qarşılaşmanın 72-ci dəqiqəsində Vinisius “Vilyarreal”ın kanadalı yarımmüdafiəçisi Neytan Salibanın saçından dartdığı üçün qırmızı vərəqə alaraq meydandan qovulub.
Buna baxmayaraq, “Real Madrid” qələbəsini qoruyub saxlamağı bacarıb.
