32
İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu olan yarımmüdafiəçi David Silva futbolçu karyerasını bərpa edib.
Ucnoqta.az xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb. 40 yaşlı futbolçu Honkonq Premyer Liqasında çıxış edən “Satxin” klubu ilə müqavilə imzalayıb.
Müqavilənin müddəti açıqlanmayıb. Bununla belə, razılaşmanın qısamüddətli olduğu bildirilir.
Silva 2020–2023-cü illərdə İspaniyanın “Real Sosyedad” klubunda çıxış edib və daha sonra karyerasını başa vurmaq qərarına gəlib.
O, bundan əvvəl İngiltərənin “Mançester Siti” və İspaniyanın “Valensiya” klublarında oynayıb. Həmçinin icarə əsasında İspaniyanın “Selta” və “Eybar” komandalarının formasını geyinib.
