34
Avropa İttifaqı nümayəndələri Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların texniki mərhələsinin keçirilməsi barədə razılığa gəliblər. Macarıstan bu prosesi yay aylarından etibarən bloklayırdı.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Rapporteur” portalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, növbəti mərhələdə gələn həftə ümumi mövqelər layihəsinin razılaşdırılması planlaşdırılır. Sənəd təsdiqlənərsə, Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü üzrə iki danışıqlar klasterinin açılması üçün imkan yaranacaq.
