İran hazırda genişmiqyaslı müharibə vəziyyətindədir və belə bir şəraitdə İran xalqının qanuni hüquqlarını qorumaq üçün danışıqlar aparır.
Ucnoqta.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Biz genişmiqyaslı müharibə aparırıq və bu şəraitdə hökumət müqavimət strategiyasını həyata keçirir, eyni zamanda İran xalqının hüquqlarının müdafiəsi istiqamətində danışıqları davam etdirir”, – deyə Pezeşkian bildirib.
Onun sözlərinə görə, İran hakimiyyəti mövcud çətinliklərin vətəndaşların rifahına və istehsal prosesinə zərər vurmasına imkan verə bilməz.
Pezeşkian qeyd edib ki, Tehran İslam Respublikasının bəzi ehtiyaclarının qarşılanması məqsədilə qonşu ölkələrlə dialoqu dəstəkləyir. Bununla belə, onun sözlərinə görə, əsas prinsip ölkənin öz imkanlarına arxalanmasıdır.
