38
İranın Hörmüz boğazında yerləşən Qeşm adasında partlayış səsləri eşidilib.
Ucnoqta.az xəbər verir ki, IRNA agentliyinin məlumatına görə, partlayış səsi dəniz istiqamətindən gəlib.
Hazırda partlayışın məhz adada baş verdiyinə dair məlumat yoxdur. Hadisənin səbəbi barədə də açıqlama verilməyib.
