Litva parlamenti ölkə ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edən konstitusiya müddəasının ləğvi ilə bağlı qərara səs verib.
Ucnoqta.az xəbər verir ki, qərarın qüvvəyə minməsi üçün üç aydan sonra ikinci səsvermə keçirilməlidir.
Səsvermədə 106 deputat qərarın lehinə, 18-i əleyhinə səs verib, 6 deputat bitərəf qalıb.
Seymin spikeri Yozas Oleka bildirib ki, nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması təhlükəsizlik sahəsində Litvanı digər Aİ və NATO ölkələrindən fərqləndirən hüquqi məhdudiyyətləri aradan qaldırır.
Qərara əsasən, Konstitusiyanın ölkə ərazisində nüvə və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən 137-ci maddəsi ləğv ediləcək. Həmin maddə xarici hərbi bazaların yerləşdirilməsini də qadağan edir.
Litva hazırda ABŞ hərbi bazasının ölkə ərazisində yerləşdirilməsinə nail olmağa çalışır.
