80
Yəmən hökumət qüvvələri Taiz vilayətinin qərbində yerləşən Moxa liman şəhərinə nəzarəti bərpa edib.
Ucnoqta.az xəbər verir ki, Yəmənin SABA informasiya agentliyinin hərbi mənbəyə istinadən yaydığı məlumata görə, hökumət qüvvələri havadan dəstək alaraq şiddətli döyüşlərdən sonra şəhərə nəzarəti ələ keçirib.
Bildirilib ki, husilər Moxanı sentyabrın əvvəlindən nəzarətdə saxlayıblar.
Döyüşlər zamanı “Ənsar Allah” hərəkatının üzvləri arasında ölən və yaralananların olduğu, bir qrup döyüşçünün isə əsir götürüldüyü qeyd edilib. Digər husilər geri çəkiliblər.
Hazırda hökumət qüvvələri geri çəkilən husiləri təqib edir və azad edilmiş ərazilərdə təmizləmə əməliyyatlarını davam etdirir.
