41
Ukrayna Ali Radasına ölkənin konstitusiyasında neytral statusunun təsbit edilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb. Qanun layihəsinin müəllifi deputat Anna Skoroxoddur. O, Ukraynanın konstitusiyasından NATO-ya üzvlük istiqaməti ilə bağlı müddəanın çıxarılmasını və yalnız Avropa İttifaqına üzvlük kursunun saxlanılmasını təklif edir.
Təklifə əsasən, Ukraynanın neytral statusu hər hansı hərbi ittifaqa qoşulmamaq və digər dövlətlərə qarşı təcavüz törətmək niyyətinin olmadığının təsdiqlənməsini nəzərdə tutur.
