27
Yəməndə Səudiyyə Ərəbistanının zərbələri nəticəsində 7 nəfər ölüb
Ucnoqta.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Yəmənin şimal-qərbində yerləşən sərhəd bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 7 nəfər ölüb, 6 nəfər yaralanıb.
Məlumata görə, zərbələr Səada və Həccə əyalətlərinin sərhədyanı ərazilərinə endirilib.
