İraq Kürdüstanı Muxtar Regionunun təhlükəsizlik qüvvələri bir neçə İŞİD hücrəsini zərərsizləşdirib və terror qruplaşmasının 22 üzvünü saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə muxtar regionun daxili təhlükəsizlik xidməti (“Asayiş”) məlumat yayıb.
Bildirilib ki, müxtəlif ərazilərdə keçirilən xüsusi əməliyyatlar nəticəsində saxlanılan şəxslər İŞİD-in nəzarəti altında fəaliyyət göstərən “Kürdüstan vilayəti” qruplaşmasının “beşinci batalyonu”na daxil olublar.
Təhlükəsizlik xidmətinin məlumatına görə, saxlanılanlar İraq daxilində və muxtar regionda “yatmış” hücrələr arasında əlaqələr qurmağı, silah alınması üçün vəsait toplamağı, partlayıcı qurğular yerləşdirməyi və təhlükəsizlik qüvvələrinə qarşı terror aktları təşkil etməyi planlaşdırıblar.
