67
ABŞ prezidenti Donald Tramp dünyada neft emalı zavodlarının (NEZ) çatışmazlığının qlobal dizel böhranına səbəb olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Ağ Evdə jurnalistlər Trampdan dizel yanacağının yüksək qiymətləri ilə bağlı vəziyyəti şərh etməsini istəyiblər.
“Problem neft emalı zavodlarının olmamasıdır”, – deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin benzinin qiymətinin artmasına Ukraynadakı vəziyyətin də təsir etdiyini bir daha vurğulayıb.
