26
Belarusun ABŞ-a kalium tədarükü dörd ildən sonra ilk dəfə yaxın həftələrdə bərpa olunacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti məlumat yayıb.
FT-nin “Argus” qiymət agentliyinin məlumatlarına istinadən yazdığına görə, “Belaruskali” şirkəti sentyabrın 15-də Sankt-Peterburqdakı “Bronka” limanında 30 min ton qranullaşdırılmış kalium xloridini Marşall Adaları bayrağı altında üzən gəmiyə yükləyib.
Analitik şirkət “Kpler”in məlumatına görə, yükün oktyabrın 14-də ABŞ-ın Luiziana ştatındakı Yeni Orlean limanına çatacağı gözlənilir.
Qeyd olunur ki, bu, ABŞ-ın Belarus kaliumuna tətbiq etdiyi sanksiyaları yumşaltmasından sonra ölkənin ABŞ-a ilk kalium tədarüküdür.
