56
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, oktyabrın 2-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi isə 0,0346 manata, Rusiyanın 100 rublu 2,0186 manata, avro isə 1,9129 manata kimi ucuzlaşıb.
