24
Fransanın dövlət borcu 2026-cı ilin ikinci rübünün sonunda 3,5955 trilyon avroya çataraq ölkə ÜDM-nin 119%-ni təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun məlumatlarına istinadən “Le Monde” yazıb.
Qeyd olunur ki, borc üç ay ərzində 59,6 milyard avro və ya 2% artıb. Hazırkı göstərici 1946-cı ildən bəri Fransada ən yüksək səviyyədir.
Məlumata görə, dövlət borcunun ÜDM-ə nisbəti 2020-ci ildə COVID-19 pandemiyası fonunda ilk dəfə 100%-i keçib.
