32
ABŞ Dövlət Departamenti Böyük Britaniyada ABŞ-a məxsus obyektlər və təşkilatlar üçün riskin artdığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, xəbərdarlıq ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Feyrford aviabazasının yaxınlığında beş nəfərin saxlanılmasından sonra verilib.
Dövlət Departamenti Britaniyadakı ABŞ vətəndaşlarını ehtiyatlı olmağa və şəxsi təhlükəsizliklərini təmin etmək üçün yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə çağırıb.
